Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şeirimizin incisi-Mirvarisi”adlı sərgi  təşkil edilib

17.08.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 17.08..22- ci il tarixdə müasir şeirimizin  qələmi yorulmaz,nəğməkar şairəsi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi ilə əlaqədar "Şeirimizin incisi-Mirvarisi"adlı sərgi  təşkil etdi.Sərgini böyük kitabxanaçı Könül Mirxudayeva aparırdı.Kitabxanaçı əvvəlcə şairənin həyat və yaradıcılığı,onun duyğulu ömür yolu haqqında məlumat verdi.Sonra isə şairənin müxtəlif adda olan kitabları,mətbuatda çap olunan müxtəlif materialları və görkəmli şəxsiyyətlərin Mirvarid Dilbazi haqqında yazdıqları kitablar haqqında məlumat verdi.Tədbirin sonunda kitabxanaçı vurğuladı ki,Mirvarid Dilbazi yalnız ədəbiyyatımızın obrazı deyil,həm də milli mənəviyyatımızın və əxlaqımızın obrazıdır.

 

104.2 KB